Haqqımızda

“RR Telecom” MMC — informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müasir və innovativ şirkətdir. Biz abunəçilərimizə yüksək keyfiyyətli fiber-optik internet xidmətləri təqdim edirik. İstifadəçilərin ünvanına birbaşa fiber-optik kabel çəkilərək, sabit və sürətli internet bağlantısı təmin olunur. Yüksək ötürmə qabiliyyətli bu texnologiya sayəsində bütün rəqəmsal xidmətlər tək bir xətlə problemsiz şəkildə çatdırılır. Texniki komandamız internet bağlantısında yarana biləcək istənilən problemi operativ şəkildə aradan qaldırır. İstər Bakının mərkəzində, istərsə də kənar ərazilərdə yaşamağınızdan asılı olmayaraq, günün istənilən vaxtı sizə kəsintisiz və stabil internet xidməti təqdim edirik. Qısa müddət ərzində minlərlə istifadəçinin etimadını qazanan “RR Telecom” MMC olaraq, sizə rahatlıq, sürət və keyfiyyət vəd edirik. Siz də qoşulun, fərqi hiss edin!

Ofis şəkli